ÜST-dən XƏBƏRDARLIQ:  COVID-19 hələ də ağır fəsadlar yarada bilər
06 yanvar 2026 11:12 (UTC +04:00)

ÜST-dən XƏBƏRDARLIQ: COVID-19 hələ də ağır fəsadlar yarada bilər

0

2019-cu ilin son günündə dünya ilk dəfə Çinin Uhan şəhərində qeydə alınan naməlum pnevmoniya haqqında xəbər aldı. Beləliklə, bütün dünyanı əhatə edən COVID-19 pandemiyası başladı.

Lent.az xarici medaiaya istinadən xəbər verir ki, 2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət rejiminin başa çatdığını elan etsə də, virusun özü yoxa çıxmayıb və hələ də təhlükə olaraq qalır. ÜST-ün Avropa Regional Bürosunun yeddi ölkədən olan tərəfdaşlarla birlikdə apardığı son tədqiqatlar göstərir ki, SARS-CoV-2-yə yoluxma Avropa regionunda hələ də xəstəxanaya yerləşdirmələrə və ölümlərə səbəb olur.

Pandemiya rəsmi olaraq bitsə də, COVID-19 xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan pasiyentlər üçün risk faktoru olaraq qalır.

Mütəxəssislərin vurğuladığı kimi, ən son vaksinlər xəstəliyin ağır gedişinin qarşısını almağın ən etibarlı yoludur.
Ağır respirator infeksiyaların monitorinqi üçün 2021-ci ildə yaradılmış EuroSAVE şəbəkəsi 2023-cü ilin mayından 2024-cü ilin aprelinədək altı ölkədə təxminən dörd min hospitalizasiya halını təhlil edib.

Məlum olub ki, pasiyentlərin təxminən 10 faizi koronavirusla yoluxmuş olub.

2022–2024-cü illər üzrə müqayisəli məlumatlar təsdiqləyir ki, COVID-19 xəstələri mövsümi qriplə müqayisədə daha tez-tez oksigen dəstəyinə və intensiv terapiyaya ehtiyac duyur, həmçinin ölüm riski daha yüksəkdir.
Kosovoda son altı ay ərzində vurulan vaksin hospitalizasiya riskini 72 faiz, ağır fəsadların ehtimalını isə 67 faiz azaldıb. Altı ölkədə aparılan başqa bir araşdırma isə xəstəxanaya yerləşdirmələrin 60 faiz azaldığını göstərib. Bu rəqəmlər açıq şəkildə sübut edir ki, vaksinasiya hələ də əsas qoruyucu vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 638

Oxşar yazılar