Uşaqların autizmli doğulmasına səbəb PEYVƏNDLƏRDİ? - CAVAB
24 fevral 2022 21:12 (UTC +04:00)

Uşaqların autizmli doğulmasına səbəb PEYVƏNDLƏRDİ? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu uşağın autizmli doğulma ehtimalı ilə bağlıdır. 

“Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər: məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri stabilliyi və s. Ona görə də valideyinlər uşaq doğulduğu andan 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığına diqqət yetirilməlidi. 3 yaşdan yuxarı isə digər insanların emosiyalarını çətin anlamaları, dostluq münasibətləri bağlaya bilməməsi, öz təşəbbüsü ilə əlaqə yaratmaması, komanda oyunlarında iştirak edə bilməməsi, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib. 

Bəs, uşağın autizmli doğulma ehtimalının risk faktorları hansılardır?

Gülnarə Musabəyova bildirib ki, autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir:

"Burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olacağı istisna deyil.

Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqlarının sayının kəskin şəkildə artmasına şahid oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dən əziyyət çəkir”.

Onun sözlərinə görə, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə də, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Aytəkin Cəlali

Oxşar yazılar