Uşağın  qopan başını   yerinə tikdilər
24 iyul 2023 14:30 (UTC +04:00)

Uşağın qopan başını yerinə tikdilər

İsraildə tibb elmində nadir görülən əməliyyatlardan biri uğurlu nəticələnib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, cərrahlar ağır yol qəzasında başı bədənindən ayrılan 12 yaşlı fələstinli uşağın başını yerinə tikə biliblər.

Süleyman Həsənin bu əməliyyatdan sonra hərəkətsiz qalacağı düşünülsə də, o artıq ayağa qalxa bilib və hərəkət funksiyaları bərpa olunub.

Fələstinli Süleyman Həsən velosiped sürərkən maşın altında qalıb. Hadisə nəticəsində başın boyundan daxili qopması faktı qeydə alınıb. Fiziki olaraq oğlanın başı bədəninə bitişik görünsə də, rengen müayinəsində kəlllə sümüyünün onurğadan tamamilə qopduğu görünüb. Cərrah Oxad Eynav bir neçə saat davam edən əməliyyatdan sonra uşağın həyatını xilas edə və adını tibb tarixinə qızıl hərflərlə yazdıra bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4239
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar