İnsanın ömrünü bir orqan - qaraciyər müəyyən edə bilər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onkoloq Valeri Breder danışıb.
Onun sözlərinə görə, qaraciyər orqanizmdə çoxlu sayda funksiyaya cavabdeh olan unikal bir orqandır. Breder əlavə edib ki, qaraciyər kritik bir orqandır və onu əvəz etmək mümkün deyil.
Həkimin fikrincə, hətta ürək bədəndə bir qədər az əhəmiyyətli rol oynayır. “Ürək sadə bir nasosdur. Qaraciyər funksiyalarının pozulması ölümcül ola bilər”, - mütəxəssis qeyd edib.