Ürək barədə maraqlı faktlar: bu enerji ilə Aya gedib gəlmək olar
07 yanvar 2023 10:42 (UTC +04:00)

Ürək barədə maraqlı faktlar: bu enerji ilə Aya gedib gəlmək olar

Lent.az insan ürəyi barədə maraqlı faktları diqqətinizə çatdırır.

Məlumata görə, orta yaşlı insanın ürəyi dəqiqədə 72, gün ərzində 100.000, ildə 36.500 000, ömür boyu isə 2,5 milyard dəfə vurur.

Bir mətbəx kranı bütün gücü ilə 45 il su axıtsa, insan ürəyinin ömür boyu vurduğu qan həcmində maye hasil edər.

Ürəyin işi həm də elektrik enerjisi hasil edir. Bu enerji orqanizmin hərəkətinə sərf olunur. Əgər ürəyin elektrikini həyatda tətbiq etmək mümkün olsaydı, saatda 32 km sürətlə gedən maşını idarə etmək və ya bu enerji ilə Aya gedib gəlmək olardı.

Ürək döyüntüləri ana bətnində, insan hələ 4 həftəlik olarkən başlayır.

Qadın ürəyi dəqiqədə 78, kişi ürəyi 70 dəfə vurur.

Stetoskopu fransız həkim Rene Laennek icad edib. Səbəb qadınların böyük sinəsinə görə, ürək döyüntülərini eşitməyin çətinlik yaratması olub.

Ürək elektrik impulsları hasil edir. Əgər oksigen ehtiyatı olarsa, o orqanizmdən kənarda da işləyə bilər.

İsveç alimləri xor kollektivində oxuyan insanların ürəklərinin sinxron döyündüyünü aşkarlayıb.

Gülüş ürək əzələlərinin gərginliyini azaldır və qan dövranını 20 faiz gücləndirir. Gülün, güldürün.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar