Turşulardan zəhərlənmə hallarının SƏBƏBİ
15 fevral 2022 21:40 (UTC +04:00)

Turşulardan zəhərlənmə hallarının SƏBƏBİ

“Hələ də turşulardan zəhərlənmə hallarının tez-tez müşahidə olunduğu bir dövrdür. Ən çox ev şəraitində hazırlanan turşulardan zəhərlənmə hadisələri baş verir. Bunun əsas səbəbi turşunun hazırlanması zamanı məhsulların düzgün yuyulmaması, lazımi miqdarda qaynadılmaması və ümumilikdə gigiyenik qaydalara riayət edilməməsidir”.

Lent.az xəbər verir ki, bu barədə Kilinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, turşunun qaynadılması düzgün olmadıqda infeksiya yaranır və bu infeksiya oksigensiz şəraitdə inkişaf edir: 

“Bankanın qapağının şişməsi və ya turşunun tamının dəyişməsi məhsulun xarab olduğuna işarə edir. 

Zəhərlənməni bildirən əsas amillər bunlardır: 

Mədədə köp, hərarətin artması, ürəkbulanma və ishal. Turşulardan zəhərlənmənin ən ağır dərəcəsi botulizmdir. Bu xəstəlik ölümlə də nəticələnə bilir. 

Bu halların hər hansı biri yaşanarsa mütləq şəkildə həkimə müraciət edin! Bu mövsümdə mümkün qədər diqqətli olmağınız məsləhətdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4431
avatar

Sevinc Fərid

Oxşar yazılar