Dietoloq həkim Mixail Ginzburq bildirib ki, mors (meyvədən hazırlanmış sərin içki), yaşıl çay və kakao insan orqanizmində tromboz riskini azaldır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, morsu moruq və qarağatdan hazırlamaq daha yaxşı effekt verir. Yaşıl çay isə zəncəfillə dəmlənsə yaxşı olar.
“Kakao isə iltihab əleyhinə eləcə də antiaqreqat xüsusiyyətlərə malikdir və qanda müxtəlif elementlərin toplanmasına mane olur”- deyə həkim bildirib.