Tromboz ehtimalını   azalda bilən məhsullar
09 aprel 2023 12:51 (UTC +04:00)

Tromboz ehtimalını azalda bilən məhsullar

Tanınmış dietoloq Mixail Qinzburq istifadəsi qan laxtalanma ehtimalını azalda bilən məhsulları sadalayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, bu problem zamanı yağlı dəniz balığının və bəzi giləmeyvələrin kömək edəcəyini bildirib.

Ekspert  "rənglənmiş" giləmeyvə - moruq, böyürtkən, qaragilə və zoğal tövsiyə edir. 

“Bundan əlavə, yaşıl çay, isti şokolad və kakao, həmçinin müxtəlif ədviyyatlar - zerdeçal, qırmızı bibər tromboz riskini azaltmağa kömək edir. Bunlar iltihab əleyhinə xüsusiyyətlərə malik qidalardır. Bu məhsulların istifadəsi qan laxtalanma ehtimalını tamamilə aradan qaldırmayacaq, lakin onu əhəmiyyətli dərəcədə azaldacaq”, - Qinzburq vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2922
avatar

Oxşar yazılar