Tısbağaların unikal qocalma mexanizmi
27 iyun 2022 06:54 (UTC +04:00)

Tısbağaların unikal qocalma mexanizmi

Cənubi Danimarka Universitetinin alimləri tısbağalarda digər heyvanlardan və insanlardan fərqli olaraq unikal qocalma mexanizmini müəyyən ediblər. 

Lent.az Lenta.ru-ya istinadən xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, bu sürünənlər həddindən artıq yavaş, bəzi hallarda isə çox cüzi qocalırlar.

Mütəxəssislər iş zamanı zoopark və akvariumlardan, habelə onların təbii yaşayış mühitində yaşayan 52 növ tısbağanı təhlil ediblər. 

Məlum olub ki, tısbağaların 75 faizi demək olar ki, qocalmır və 80 faizində yaşlılıq müasir insanlara nisbətən daha yavaş baş verir.

Bununla belə, alimlər vurğulayıblar ki, bu qocalma mexanizmi tısbağaların ölməz olması demək deyil, sadəcə onların ölüm riski aşağıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2829
avatar

Oxşar yazılar