Televizor qarşısında yatmağın TƏHLÜKƏLƏRİ
19 iyul 2022 09:09 (UTC +04:00)

Televizor qarşısında yatmağın TƏHLÜKƏLƏRİ

“Televizor qabağında yatmaq piylənmə, diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər”. 

Lent.az xəbər verir ki, bunu Synergy Universitetinin tibb fakültəsinin yuxu həkimi və eksperti Daria Lebedeva bildirib. 

Onun sözlərinə görə, işıq yanılı otaqda və ya televizor açıq vəziyyətdə yatmaq bioloji saatı poza bilər. Bu da yuxudan oyanmaqda müəyyən çətinliklər yaradır. 

Həkim belə yuxuya getməyin qidalanma prosesinə də mənfi təsir göstərdiyini deyib: 

“Bu zaman insanda olan aclıq hormonun sayı artır və bədən daha çox qida tələb edir. Nəticədə piylənmə, ürək-damar xəstəlikləri riski artır”. 

Somnoloq qeyd edib ki, yuxu rejimi nə qədər yaxşı olsa, gün ərzində insan özünü bir o qədər yaxşı hiss edir. 

“Həyatımızın təxminən üçdə birini yatırıq və bunun sayəsində bədənimizin enerji ehtiyatını bərpa edirik. Yuxu zamanı müxtəlif toksinlər təmizlənir, antikorlar istehsal olunur. Normal yuxu rejimi olmadıqda insanda melatonin(yuxu hormonu), somatotropin (böyümə hormonu) və leptin kimi vacib hormonların ifrazı pozulur",- o bildirib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730
avatar

Sevinc Fərid

Oxşar yazılar