Təbii təzyiq dərmanı  - Damarları anında genişlədir
09 avqust 2025 19:56 (UTC +04:00)

Təbii təzyiq dərmanı - Damarları anında genişlədir

Təbiətin möhtəşəm ləzzətlərindən biri, yalnız dadı ilə deyil, sağlamlıq baxımından təqdim etdiyi çoxsaylı faydaları ilə də diqqət çəkir. Lif baxımından zəngin olan bu meyvə, tərkibindəki vitamin və minerallarla bədənə enerji verir, immunitet sistemini gücləndirir. Budur həm şirin, həm də qidalandırıcı olan o meyvə.

Lent.az bu meyvəni təqdim edir:

Son zamanlarda sağlamlıq dünyasında adını tez-tez eşitdiyimiz bir meyvə, zəngin qida dəyərləri ilə ön plana çıxır. Yüksək miqdarda vitamin, mineral və antioksidant ehtiva edən bu meyvə, orqanizmin bir çox funksiyasını dəstəkləyir. 

Cənnət xurması
Cənnət xurması son illərdə sağlamlığa olan çoxsaylı faydaları ilə diqqət çəkən meyvələrdən biridir. Tərkibindəki yüksək vitamin və mineral dəyərləri ilə bir çox xəstəliyin qarşısını almağa kömək edə, ümumi sağlamlığı dəstəkləyə bilər. Cənnət xurması xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınır. Antioksidantlar baxımından zəngin olan bu meyvə, sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır və immunitet sistemini gücləndirir. Katexin və qallokatexin kimi fenolik birləşmələr xərçəngin inkişafını əngəlləməyə kömək edir. Daimi istifadəsi müxtəlif xərçəng növlərinə qarşı qoruyucu ola bilər.

İmmuniteti gücləndirir
Cənnət xurması C vitamini baxımından çox zəngindir. Bir ədəd cənnət xurması gündəlik C vitamini ehtiyacının təxminən 80%-ni qarşılayır. C vitamini mikroblara, viruslara və göbələk infeksiyalarına qarşı bədənin müdafiə xətti olan ağ qan hüceyrələrinin istehsalını artırır. Yüksək lif tərkibi sayəsində həzm sisteminə böyük fayda göstərir. Lif həzmi tənzimləyir, bağırsaq hərəkətlərini artırır və qəbizliyin qarşısını alır. Eyni zamanda, kolon xərçəngi kimi həzm sistemi xəstəliklərinin riskini azaltmağa kömək edə bilər. Xərçəng əleyhinə xüsusiyyətlərinin yanında, cənnət xurması şişlərin böyüməsini də dayandıra bilər. Tərkibindəki betulin turşusu şişlərin kiçilməsinə və xərçəngin yayılmasının qarşısını almağa kömək edir.

Erkən qocalmanı önləyir
Tərkibindəki A vitamini, beta-karoten, lutein və likopen kimi maddələr yaşlanma əlamətlərini gecikdirir. Bu maddələr antioksidant kimi fəaliyyət göstərərək dəri qırışları, ləkələr, Alzheimer kimi erkən yaşlanma əlamətlərinin qarşısını alır.

Göz sağlığı
Tərkibindəki zeaksantin göz sağlamlığına birbaşa təsir edir. Bu maddə makula degenerasiyası, katarakta və gecə korluğu kimi göz xəstəliklərinin qarşısını ala bilər.

Qan təzyiqini tənzimləyir
Potasyum baxımından zəngin olan cənnət xurması damarları genişlədir, qan təzyiqini tarazlayır. Bu xüsusiyyət ürək sağlamlığını dəstəkləyir və hipertoniya riskini azalda bilər. Tərkibindəki mis mineralları sağlam qırmızı qan hüceyrələrinin istehsalını artırır, qan dövranını yaxşılaşdırır və bədənin ümumi funksiyalarının səmərəli işləməsinə dəstək olur. B kompleksi vitaminlər ehtiva edən bu meyvə, metabolik prosesləri sürətləndirir, enerji səviyyəsini artırır, əzələ tonusunu və həzm sisteminin effektivliyini dəstəkləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar