Spirtli içki içmək 60 xəstəliyin inkişaf riskini artıra bilər, onlardan 33-ü atipik və alkoqol ilə əlaqəli deyil. Bu, məsələn, ağciyər xərçəngi, sınıqlar, qan dövranı sistemi xəstəlikləridir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçıların iddiasınca, hətta kifayət qədər təhlükəsiz hesab edilən minimum doza tez-tez istifadə edildikdə belə xəstəliklərə səbəb olur.
Müvafiq siyahıya əvvəllər alkoqol ilə əlaqəli olmayan 33 xəstəlik, məsələn, podaqra, mədə xorası, katarakta, sınıqlar, ürək işemiyası, naməlum etiologiyalı bronxit, artroz və sistemli birləşdirici toxuma xəstəlikləri daxildir.