Spirtli içki  qəbul etdikdən sonra gələn TƏHLÜKƏLİ SİMPTOM
23 oktyabr 2023 10:19 (UTC +04:00)

Spirtli içki qəbul etdikdən sonra gələn TƏHLÜKƏLİ SİMPTOM

Spirtli içki qəbul etdikdən sonra yaranan təhlükəli bir simptom məlum olub. 

Lent.az xəbər verir ki, spirtli içkilər atriyal fibrilasiya hücumuna səbəb ola bilər. Bu barədə ürək-damar cərrahı Aleksey Utin öz Teleqram kanalında məlumat verib.

Həkim vurğulayib ki, xaotik ürək döyüntüsü təhlükəli simptomdur. Kardioloq atrial fibrilasiya hücumunun toy, bayram sabahı, məclislərdən sonraki gün baş verə biləcəyini qeyd edib. 

Həddindən artıq spirt istehlakı şiddətli zəifliyə, nəfəs darlığına və ya sinə ağrısına səbəb ola bilər.

Dietoloqlar bildirir ki, pəhriz saxlayan insanlar məhdud miqdarda müəyyən növ spirt ala bilərlər. Belə ki, bir stəkan yarımşirin şərabda 80-100 kilokalori, bir stəkan yarımquru şərabda isə 78 kilokalori var. Ona görə də arıqlayan insanlar quru şərablara üstünlük verməlidirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3963
avatar

Sevinc Fərid

Oxşar yazılar