Soyuqdəyməni müalicə edərkən etdiyimiz ƏSAS SƏHVLƏR
18 oktyabr 2023 15:13 (UTC +04:00)

Soyuqdəyməni müalicə edərkən etdiyimiz ƏSAS SƏHVLƏR

Terapevt və immunoloq İrina Yartseva insanların soyuqdəyməni müalicə edərkən ən çox yol verdiyi səhvlərdən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim ilk 3 zərərli məsləhətə: antibiotik qəbul etməyi, araq və ya sirkə ilə bədəni silməyi və xəstəlik zamanı işə getməkdən söz açıb.

“İnsanların etdiyi ilk və ən mühüm səhv soyuqdəyməyə fikir verməmək və işə davam etməkdir. Bu təhlükəlidir, çünki insan ən azı sağalma müddətini uzatmaq riski daşıyır”.

Onun sözlərinə görə, belə vəziyyətdə xəstə insanda bakterial fəsadlar yarana bilər. Mütəxəssis yüksək temperaturda araq və ya sirkə ilə sürtülmənin əleyhinə də danışıb:

"Bunlar dərimizin yaxşı əmdiyi zəhərli məhsullardır" deyən immunoloq su ilə silməyi məsləhət görüb.

"Soyuqdəymə üçün antibiotiklərin qəbuluna gəldikdə, antibiotiklər yalnız bakterial infeksiya üçün lazımdır" - deyə həkim yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2859
avatar

Fidan İlqar

Oxşar yazılar