Soyuqdəymə zamanı rasionunuza süd və şirin məhsulları daxil etməmək daha yaxşıdır.
Lent.az xarici mediaya istinadən bildirir ki, bunu terapevt və dietoloq Marqarita Koroleva deyib.
"Xəstəlik zamanı bütün süd məhsulları, hətta insan yaxşı qəbul etsə belə, rasiondan çıxarılmalıdır", - həkim deyib.
Onun sözlərinə görə, bu cür məhsullar sağalmağa mane ola, insanın vəziyyətini ağırlaşdıra və orqanizmin iltihabla mübarizəsini çətinləşdirə bilər.
Koroleva həmçinin tövsiyə edib ki, soyuqdəymə varsa, yağlı, qızardılmış, ədviyyatlı və şirin yeməklərdən uzaq durmaq lazımdır. Mütəxəssis izah edir ki, belə qida orqanizmin dərmanların sorulmasına mane ola, onun həzm üçün ehtiyatlarını götürə, həmçinin selikli qişaları qıcıqlandıra bilər.