Soyuq havada isti duşun  TƏHLÜKƏLƏRİ
26 dekabr 2023 17:20 (UTC +04:00)

Soyuq havada isti duşun TƏHLÜKƏLƏRİ

Çox güman ki, buxarlanan isti duş qəbul etməyin soyuqdəymədən qaçmaq üçün əla bir yol olduğunu düşünürsünüz. Lakin bu yanaşma bir sıra arzuolunmaz yan təsirlərə səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbət verir ki, bu barədə dəri mütəxəssisi Andy Ellis danışıb.

Qaşıntılı dəri. Həddindən artıq isti duş dərinin qaşınmasına səbəb ola bilər. Yüksək temperaturun təsiri altında dərinin nəmlənməsini təmin edən təbii yağlar yuyulur. Bu, dərinin qıcıqlanmasına və qaşınma hissi yaradır.

Quru saç və baş dərisi. Qaynar su təkcə dəriyə deyil, saçlara da mənfi təsir göstərir. Yüksək temperatur saçları quru və kövrək edə, həmçinin baş dərisini təbii yağlarından təmizləyə və soyulmağa meyilli edə bilər.

Həddindən artıq tərləmə. İsti duşlar kir və tərdən qurtulmağa kömək etsə də, onların təsiri qısa müddətli olur və hətta əks nəticə verə bilər. Çox isti duş qəbul etdikdən sonra vanna otağından çıxdıqda dərhal tərləməyə başlaya bilərsiniz.

Dərinin qocalması. Dərinin təravətini və elastikliyini qorumaq üçün isti sudan qaçınmalısınız. Yüksək temperatur dərini qurudur, bu da onun vəziyyəti üçün faydalı deyil. İsti duşlar özlüyündə qırışlara səbəb olmasa da, dərinin susuzluğunu və qurumasını sürətləndirə bilər ki, bu da son nəticədə qocalmağa gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5013
avatar

Fidan İlqar

Oxşar yazılar