Soğan doğrayarkən  niyə gözlərimiz yaşarır?
26 noyabr 2022 09:46 (UTC +04:00)

Soğan doğrayarkən niyə gözlərimiz yaşarır?

Soğan doğrayarkən gözlərimizdən yaş axır. Çünki soğan gözümüzdə yaş əmələ gəlməsinə səbəb olan kimyəvi maddə ifraz edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, soğan mikroblara və həşəratlara qarşı biokimyəvi müdafiə mexanizmini aktivləşdirən bir ferment buraxır.

Bundan başqa, soğan doğrayarkən gözlərimizin yaşarması onun içindəki hüceyrələrin açıq qalması və normal olaraq iki ayrı maddənin qarışmasıdır.

Case Uestern Reserve Universiteti buna aydınlıq gətirib:

“Bu iki ayrı maddə birləşərək qaz əmələ gətirir. Qaz göz yaşı ilə reaksiya verdikdə sulfat turşusu əmələ gəlir. Kükürd turşusunun qıcıqlaması nəticəsində yad maddələri təmizləmək üçün gözdən yaşlar ifraz olunur. Əslində deyə bilərik ki, bu, bir növ gözyaşardıcı spreydən istifadəyə bənzəyir”.

Soğan göz yaşlarının qarşısını almaq olarmı?

Soğanı doğramadan əvvəl soyuducuya qoymaq (soğanın temperaturunun aşağı salınması kimyəvi maddələrin reaksiyasını ləngidir).

Soğanı doğrayarkən suya batırın (kimyəvi maddələri sulandırmaq üçün).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Fidan İlqar

Oxşar yazılar