Sevgilimizi biz yox, burnumuz seçirmiş -  Ətir vurmayın!
01 mart 2023 18:44 (UTC +04:00)

Sevgilimizi biz yox, burnumuz seçirmiş - Ətir vurmayın!

Əslində bir-birini bəyənmək üçün zahiri görünüş nə qədər önəmli olsa da, insan beyni sevdiyi insanı görünüşünə yox, ətrinə görə seçir.

Lent.az-ın xəbərinə görə bunu rusiyalı həkim, psixoloq Yuliya Klimoviç söyləyib.

“Əgər qarşınızdakı əks cins nümayəndəsinin bədəninin ətri sizə xoş gəlmirsə, bu o deməkdir ki, həmin adamla genetik eynilik daşıyırsınız. Sizin gələcəkdə övladlarınız olmaya, olsa belə xəstə nəsil yarana bilər.

Bəli, təəccüblənməyin. İnsan beyninin sevərkən ilk məqsədi nəsil artımına xidmət etməkdir. Ona görə beyin qarşısında sağlam nəsil artıra biləcək əks cins nümayəndəsi görəndə feremon istehsalına başlayır və xoşlanma duyğusu yaranır”, - o qeyd edib. 

Yuliya Klimoviçin sözlərinə görə, çoxlu ətirlərdən, tərə qarşı dezodrantlardan istifadə etməklə insan əslində beyninin partnyor axtarışına zərbə vurmuş olur. O həmçinin qeyd edib ki, plastik əməliyyatlar nəticəsində kiçildilən burunlar da “ovçuluq” qabiliyyətini itirirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar