Səhərlər bu iki qidanı mütləq YEYİN
04 noyabr 2022 09:09 (UTC +04:00)

Səhərlər bu iki qidanı mütləq YEYİN

Səhər yeməyi hər bir insanın sağlamlığında önəmli rola malikdir. Səhər yeməyi qanda şəkəri və xolesterini təmizləyir, toxluq hissi və piylənmədən qoruyur. 

Bəs, səhər yeməyində ən vacib hansı qidanı qəbul etməliyik?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa dietoloqları səhər yeməyi üçün vacib olan ən vacib 2 qidanı açıqlayıb. 

Onlar səhərlər kəsmik və yumurta yeməyi vacib hesab edirlər:

"Zülal orqanizm üçün əsas komponentdir. Səhərdən günortaya kimi toxluq hiss etmək üçün hər səhər kəsmik və yumurta yeyin. Kəsmik sıfır yağlılıqda olmamalıdır. Bir orta yumurta orqanizmə sutkalıq zülal tələbatının 25 faizini verir.

Kəsmik isə 15 faiz zülal verir. Kəsmiyi meyvə, tərəvəz, giləmeyvələrlə qarışdırıb, səhər lif də qəbul edə bilərsiz.

Zülalla zəngin 3-cü qida yoqurt ola bilər. Onda 20 qram zülal var. Amma o təbii, qatqısız olmalıdır. 2 dilim də tam taxıldan qara çörəklə səhər yeməyinə bunları qəbul etmək yetərlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Fidan İlqar

Oxşar yazılar