Saç tökülməsinin   SƏBƏBİ
07 avqust 2023 11:55 (UTC +04:00)

Saç tökülməsinin SƏBƏBİ

Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) koronavirus pandemiyasının sona çatdığını artıq bir müddətdir elan edib. Ancaq indi bəşəriyyət onun nəticələri, yəni post-covid sindromu ilə üzləşib.

Lent.az xəbər verir ki, tanınmış nevropatoloq və refleksoloq İqor Orlov bu sindromun təhlükələrindən danışıb.

O bildirib ki, saç tökülməsi və əzələ zəifliyi post-COVID sindromu səbəbi ilə yarana bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, post-covid sindromu istənilən sistemə təsir edə bilər və bütün insan orqanları risk altındadır, lakin bu, hər bir xəstədə özünəməxsus şəkildə özünü göstərir.

Belə ki, post-COVID sindromunun əlamətləri arasında iflic edən zəiflik, nəfəs darlığı, döş qəfəsində ağırlıq, baş ağrıları, əzələ və oynaq ağrıları, əzələ gücünün itirilməsi, saç və dişlərin tökülməsi, hətta dəridə səpgilərin yaranması ehtimalı var.

Həkimin sözlərinə görə, xəstələr başda dumandan, yuxunun pozulmasından, panik ataklardan və hətta hallüsinasiyalardan şikayət edə bilərlər. Nevroloq qeyd edib ki, şəkərli diabet və şiş xəstəliklərinin kəskinləşməsi post-covid sindromunun nəticəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Sevinc Fərid

Oxşar yazılar