Saç tökülməsinə qarşı effektiv ÜSULLAR
20 aprel 2023 18:14 (UTC +04:00)

Saç tökülməsinə qarşı effektiv ÜSULLAR

Kosmetoloq şampunların saç tökülməsinə qarşı təsirsizliyindən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kosmetoloq Altana Bazyleva bəzi saçlara qulluq vasitələrinin təsirsiz olduğunu bildirib.

O qeyd edib ki, şampunlar saç tökülməsinə qarşı serumlardan, losyonlardan, müxtəlif stimullaşdırıcı komponentləri olan ampula konsentratlarından və digər kosmetik məhsullardan daha çox kömək edir.

"Saç tökülməsi üçün şampunlar və maskalar daha az təsirli olur - onlar qısa müddət ərzində baş dərisinə tətbiq olunur, buna görə də aktiv maddələrin saç follikullarına stimullaşdırıcı təsir göstərmək imkanı daha azdır" deyə həkim deyib.

Bazyleva izah edib ki, tərkibində amineksil, peptidlər, kofein, ginkgo biloba, nikotinik turşu, adenozin olan saç məhsullarını seçmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Fidan İlqar

Oxşar yazılar