"Quran"  boşanan qadınlara   3 ay ərzində ərə getməyi qadağan edir - SƏBƏBİ
30 mart 2023 19:28 (UTC +04:00)

"Quran" boşanan qadınlara 3 ay ərzində ərə getməyi qadağan edir - SƏBƏBİ

İslam şəriətinə görə boşanan qadınlar yenidən ərə getmək üçün ən azı 3-4 ay gözləməlidirlər. Kişi boşandıqdan dərhal sonra, hətta boşanmadan bir neçə dəfə evlənə bildiyi halda, qadınlara bu qadağan nə üçün qoyulub?

Lent.az-ın məlumatına görə, amerikalı alimlərin apardıqları elmi araşdırmalarla bu sualın cavabı verilib.

Əvvəllər  alimlər belə hesab edirdilər ki, "Quran"dakı bu qadağa qadının hamilə olmaq ehtimalına qarşı qoyulub. Yəni 3-4 ay keçmədən qadının hamiləliyi dəqiq bilinməz, uşağın atasının kim olduğu məlum olmazdı.

Kaliforniya Universitetinin professoru, yəhudi əsilli embrioloq Rob Gilton bildirib ki, qadınların immun sistemində irsi yaddaşı olan hüceyrələr var. 

Qadın bədəninə daxil olmuş spermatozoidlər kişinin genetik kodlarının daşıyıcılarıdır və qadın kişi ilə cinsi əlaqədə olduqdan sonra, qadının irsi yaddaş hüceyrələri kişinin irsi xüsusiyyətlərini 3-4 ay qoruyub saxlayır.

Bu hüceyrələr qadının bətnində öz xüsusiyyətlərini daha aktiv qoruyub saxlayırlar. Həmin müddətdə qadın başqa bir kişi ilə cinsi əlaqəyə girərsə, bu qadının immun sistemində problemə və xərçəng hüceyrələrinin inkişafına səbəb ola bilər.

Araşdırmalar çoxlu sayda kişi ilə cinsi əlaqədə olmuş qadınlarda sinə və yumurtalıq xərçənginin daha çox yaranmasının səbəbini bununla izah edir.

Bundan əlavə, qadın həmin müddətdə başqa kişidən hamilə qalarsa, övladı əvvəlki kişinin genetik kodlarını daşıya bilər.

# 3090
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar