Qulaq cingildəməsinin səbəbi NƏDİR? - MÜTƏXƏSSİS AÇIQLADI
26 avqust 2022 12:30 (UTC +04:00)

Qulaq cingildəməsinin səbəbi NƏDİR? - MÜTƏXƏSSİS AÇIQLADI

Qulağımız cingildəyən kimi "kimsə məndən danışır” deyirik. Lakin bu o qədər də bəsit deyil. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

Lent.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rəşad Talışinski qulaq cingildəməsinin tibbi adının "tinnitus" olduğunu deyib:

"Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət adətən səs-küy, qulaqlarda cınqıltı kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fışıldama və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.

Tinnitus yalnız xəstəlik əlaməti deyil. Qulağa düşmüş maye, yad bir cisim, böcək və s. bütün bunlar tinnitusa səbəb ola bilər. Tinnitusa atmosfer təzyiqinin kəskin düşməsi (təyyarədə uçduqdan, paraşütla tullandıqdan sonra), havanın dəyişməsi səbəb olur. Tinnitus çox nadir hallarda ciddi bir xəstəliyin əlamətidir".

Onun sözlərinə görə, qulaqda yaranan səslər bir neçə xəstəlikdən xəbər verir:

"Subyektiv səbəbdən yaranan tinnitusa əsasən beyin və eşitmə analizatorunun atrofiyası (yaşla bağlı dəyişikliklər); güclü səs-küy fonunda (o cümlədən mina partlamasından sonra); baş-beyin, onkoloji, mərkəzi sinir sisteminin xəstəliklərini misal göstərə bilərik.

Gicgah-çənə oynağın xəstəlikləri, beyin və boyun damar xəstəlikləri (damarların aterosklerozu, anevrizmalar, inkişaf anomaliyaları), onkoloji xəstəliklər, ürək qapaqlarının (klapanların) patologiyası, anemiya obyektiv səbəb kimi göstərilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5199
avatar

Fidan İlqar

Oxşar yazılar