Qrip və COVID-19-a yoluxanda  nə yemək lazımdır?   – Dietoloqdan MƏSLƏHƏT
23 yanvar 2023 14:32 (UTC +04:00)

Qrip və COVID-19-a yoluxanda nə yemək lazımdır? – Dietoloqdan MƏSLƏHƏT

Qrip və ya COVID-19-a yoluxduğunuz zaman daha tez sağalmağınıza kömək edəcək məhsulları məşhur dietoloq Yelena Solomatina açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, bu zaman yemək yüngül və kalorisiz olmalıdır.

“Haşlanmış, bişmiş və ya buxarda hazırlanmış kotletlər, küftələr, balıq və toyuq mükəmməldir. Tam zülal orqanizmin immun qüvvələrini bərpa etməyə kömək edəcək”, -  o bildirib.

Mütəxəssis sürətli sağalma üçün tərkibində antioksidant olan tərəvəz və giləmeyvə yeməyi də tövsiyə edir. Bundan əlavə, D və C vitaminləri yüksək olan qidalar da lazımdır: treska ciyəri, itburnu, bibər, duzlu kələm. Xəstəlik zamanı Solomatina fast food, yağlı və qızardılmış qidalardan, həmçinin çox miqdarda şəkər və duzdan imtina etməyi şiddətlə tövsiyə edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar