Qonşu ölkənin uşaq baxçalarında təhlükəli virus yayıldı
12 iyul 2023 10:09 (UTC +04:00)

Qonşu ölkənin uşaq baxçalarında təhlükəli virus yayıldı

Yujno-Saxalinskdə dörd uşaq bağçasında və bir nəzarət qrupunda enterovirus xəstəliyinə yoluxma halları qeydə alınıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 28, 11, 35, 39 saylı uşaq bağçalarının və körpələrə qulluq qrupunun üzvləri xəstələnib. Ən azı beş yoluxma halı məlumdur.

İyulun 3-dən 9-dək olan həftə ərzində rayonda ümumilikdə 22 uşaq arasında enterovirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Rospotrebnadzordan verilən açıqlamaya görə, virus əsasən 1-2 yaşlı məktəbəqədər uşaqlara təsir edir. Xəstəliyin simptomları arasında həkimlər faringit, stomatit və eksantema müəyyən ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar