Rusiyanın Kursk vilayətində qızılca xəstəliyinin ocağı müəyyən edilib.
Lent.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Bu günə qədər Kursk ərazisində 70 qızılcaya yoluxma faktı qeydə alınıb. 30 hadisə laboratoriyada təsdiqlənib, 34 halda klinik və epidemioloji diaqnoz qoyulub, 6 nəfər qızılca şübhəsi ilə müşahidə altındadır. Xəstələr arasında 50 uşaq, 20 böyük var. 50 xəstə uşaqdan 27-si təhsil müəssisələrinin tələbəsidir. Xəstə uşaqların hamısına imtinalar səbəbindən qızılcaya qarşı peyvənd vurulmayıb" deyə bildirilib.