Dietoloq Yelena Başkirova şəkərlə çay və qəhvə içməyin əleyhinə çıxış edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, belə birləşmə orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Başkirova xəbərdarlıq edib ki, hər fincan şəkərli içki mədəaltı vəzinin çoxlu insulin istehsal etməyə başlamasına gətirib çıxarır: "Bu, zülal, lif və sağlam yağlarla tarazlaşdırılmayan sürətli karbohidratlara standart reaksiyadır".
Bu baxımdan, dietoloq, mümkünsə, şəkərsiz çay və qəhvə içməyi məsləhət görür. Şəkərdən imtina etmək çətindirsə, nisbətləri nəzərə almağa çağırıb.
Beləliklə, əlavə edilən şəkər gündəlik qəbul edilən kalorinin 10 faizdən çox olmamalıdır. Başkirova xatırladıb ki, şəkər çörək, konserv, kolbasa, sous və çörək məmulatları kimi bir çox məhsulların tərkibində olur.