Qəhvədən tamamilə imtina etmək üçün əsas səbəb
04 noyabr 2023 12:56 (UTC +04:00)

Qəhvədən tamamilə imtina etmək üçün əsas səbəb

Təbii qidalanma mütəxəssisi Olivia Amitrano qəhvədən tamamilə imtina etmək üçün yeganə yaxşı səbəbi açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Amitrano ağır və müntəzəm stress keçirən insanların kofe içməməli olduğunu deyib.

O izah edib ki, bir stəkan kofe içdikdən sonra insan güc artımı hiss edir, əhval-ruhiyyəsi yaxşılaşır. Lakin bu çox tez təsirini itirir və depressiya yenidən yaranır.

"Kofein stress kimi, kortizol səviyyəsini artırır. Buna görə də özünüzü çox narahat və ya xəstə hiss edirsinizsə, qəhvə ilə özünüzü sakitləşdirməyə çalışmaq, yanğını benzinlə söndürməyə bənzəyir" deyə Amitrano əlavə edib.

Onun fikrincə, kofein istəyi yalnız bir aydan sonra yox olur. Mütəxəssis deyir ki, bu müddətdən sonra müsbət dəyişiklikləri müşahidə edə bilərsiniz - yuxunun yaxşılaşması və ümumi emosional vəziyyət.

"Psychiatry Research" jurnalında dərc edilən bir araşdırmaya görə, kofein 2 fincandan çox içdikdə həqiqətən depressiya əlamətlərini artıra bilər. Həkimlər deyirlər ki, iki və ya üç stəkan içki içəndə isə əksinə, depressiya riski daha az olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Fidan İlqar

Oxşar yazılar