Kilo itkisinə müəyyən qidaların və ya içkilərin istehlakı da daxil olmaqla müxtəlif amillər təsir edə bilər.
Lent.az xəbər verir ki, tədqiqatçılar qəhvə içməyin daha çox və ya daha az çəki artımına gətirib çıxara biləcəyini araşdırıb.
Nəticədə, alimlər qəhvə istehlakı ilə daha az çəki artımı arasında orta nisbətdə əlaqə tapıblar.
Kofeinin təbii stimullaşdırıcı olduğu və ayıqlığı artırarkən aclığı müvəqqəti olaraq yatıra biləcəyi sübut edilib. İştahın azalması səbəbindən daha az kalori istehlak edilir.
Həmçinin, bəzi insanlar mümkün qədər çox kalori yandıraraq məşq nəticələrini yaxşılaşdırmaq üçün bir stimullaşdırıcı olaraq məşqdən əvvəl qəhvə içirlər. Ancaq bu faydanın uzunmüddətli deyil, qısamüddətli olacağına inanılır.
Bununla belə, kofein mütləq metabolizminizi sürətləndirir, istirahət etdiyiniz zaman daha çox enerji yandırmağınıza səbəb olur. Ancaq yenə də elm adamları bu içkini müntəzəm fiziki fəaliyyətə və sağlam qidalanmaya yaxşı alternativ hesab etmirlər.
Bundan əlavə, qəhvənin mülayim bir sidikqovucu təsirə malik olduğu müəyyən edilib. Bu da suyun müvəqqəti azalmasına səbəb ola bilər. Bununla belə, söhbət yağdan deyil, bədəndə mayenin itirilməsindən gedir və buna görə də yenidən nəmləndirmə ilə çəki tez bərpa olunur.
İnsanlar gündə təxminən 400 mq kofein istehlak edə bilər. Bu, iki stəkan espresso, dörd stəkan hazır qəhvə və ya səkkiz stəkan çaya bərabərdir.