Qarpız bu insanlar üçün TƏHLÜKƏLİDİR
25 avqust 2023 14:52 (UTC +04:00)

Qarpız bu insanlar üçün TƏHLÜKƏLİDİR

Terapevt Tatyana Taradeyeva deyib ki, qarpız bir çox faydalı xüsusiyyətlərinə baxmayaraq, bəzi insanlar üçün əks göstəriş ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Taradeyevanın sözlərinə görə, qarpız bir anda iki funksiyanın öhdəsindən mükəmməl gəlir: susuzluğu yatırır və doyurur. Bundan əlavə, o bildirib ki, giləmeyvə C, A, B1, B5, B6 vitaminləri, həmçinin maqnezium, kalium, kalsium, fosfor, dəmir və natriumla zəngindir.

Eyni zamanda, bu giləmeyvə şəkərli diabet xəstələrinin sağlamlığına zərər verə bilər. Bu, qarpızın tərkibində şəkərin qan dövranına tez daxil olması ilə bağlıdır. “Digər mümkün risklər qarpızın böyrəklərə əlavə stress yaradan sidikqovucu təsiri ilə bağlıdır. Ona görə də sidik-cinsiyyət sistemi xəstəlikləri olan insanlara onu pəhrizdən xaric etmələri tövsiyə olunur”, Taradeyeva deyib.

Terapevt sağlam insanlara da qarpızdan çox istifadə etməməyi tövsiyə edib. Onun fikrincə, günün birinci yarısında təbii desertdən ləzzət almaq və həmin gün başqa karbohidratlar qəbul edilməmək şərti ilə gündə 500 qramdan çox yeməmək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Oxşar yazılar