Qarın piylənməsi ürək çatışmazlığı riskini  artırır
06 dekabr 2025 19:47 (UTC +04:00)

Qarın piylənməsi ürək çatışmazlığı riskini artırır

0

Radioloqlar Almaniyada müəyyən ediblər ki, bel–bud nisbətinin (WHR) yüksək olması tez-tez ürəkdə anatomik dəyişikliklərlə əlaqəlidir. Mütəxəssislərin fikrincə, qarın nahiyəsində artıq yağın yığılması ümumi piylənmə göstəricisindən daha güclü ürək çatışmazlığı risk göstəricisidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, WHR göstəricisinin yüksək olması o deməkdir ki, bədəndə yağ qarın nahiyəsində budlara nisbətən daha çox toplanır. Bu isə abdominal piylənmə əlamətidir hansı ki, bədən kütlə indeksindən daha güclü sağlamlıq göstəricisi sayılır.

Yüksək WHR orqanların ətrafında zərərli visseral piyin olması barədə siqnal verir. Bu piy:

bədəni iltihab yaradan kimyəvi maddələrlə yükləyir,

hormonal tarazlığı pozur.

Bu dəyişikliklər ürəyə necə təsir edir?

İltihab və hormonal pozğunluq ürəyə birbaşa təsir edərək:

ürək divarlarının qalınlaşmasına,

kameraların kiçilməsinə,

ürəyin daha çox işləməsinə səbəb olur.

Visseral piy digər risklərlə də əlaqəlidir

Bu yağ həmçinin:

yüksək təzyiqə (ürək xəstəliklərinin əsas risk faktoru),

damarların normal fəaliyyətinin pozulmasına, xolesterolun artmasına səbəb olur.

Elm adamları nə tövsiyə edir?

Araşdırmanın aparıcı müəllifi, Hamburq-Eppendorf Universitet Tibb Mərkəzinin həkimi Cenifer Erli bildirib ki, ümumi çəkinin azalmasına fokuslanmaq əvəzinə, orta yaşlı insanlar qarın piylənməsinin qarşısını almağa diqqət yetirməlidirlər.

müntəzəm fiziki aktivlik

balanslı qidalanma

həkim nəzarəti
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 26

Oxşar yazılar