Qaraciyərə faydalı olan qidalar
07 yanvar 2023 18:14 (UTC +04:00)

Qaraciyərə faydalı olan qidalar

Həkimlər qaraciyəri “orqanizmin çamaşırxanası” adlandırırlar. Ən işlək orqan olan qaraciyər özünübərpa kimi möcüzəvi funksiyaya malik olsa da, onun işini müxtəlif qidalarla yüngülləşdirə və daha sağlamlaşdıra bilərik.

Lent.az həmin məhsullar barədə məlumatı təqdim edir.

Kofe qaraciyərin yağlanmasının və kollagen toplamasının qarşısını alır.

Yaşıl çay qaraciyər üçün çox faydalıdır. 12 həftə hər gün 10 fincan yaşıl çay içmək onun vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Üzüm, üzüm şirəsi və tumu qaraciyərə möcüzəvi müsbət təsir göstərir.

Qoz tərkibindəki "Omeqa3", "Omeqa 6" yağ turşuları və antioksidantlar sayəsində qaraciyərin piy toplamasını əngəlləyir.

Həmçinin, zeytun yağı, balıq, çuğundur şirəsi, qreypfrut, avokado, bulqur, qarğıdalı, düyü kimi məhsullar da bu orqanın fəaliyyətinə müsbət təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11919
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar