Pilləkənlə qalxmağın bədən üçün düz yerdə gəzməkdən daha ağır olduğu qeyd olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir çox insan pilləkən qalxarkən tənginəfəslik hiss edir və bu hiss hər yaşda və istənilən fiziki hazırlıq səviyyəsində olan insanlarda yarana bilər.
Tənginəfəslik bəzən normal hal sayılsa da, bəzi hallarda narahatlıq siqnalı da ola bilər. Qeyd olunur ki, pilləkənlə qalxmaq düz səthdə yeriməkdən daha çox enerji tələb edir. Buna görə də pilləkən çıxanda nəfəsin tez-tez gəlməsi normal hesab edilə bilər.
Tənginəfəslik nə vaxt normal sayılır?
Əgər siz 1-2 dəqiqə ərzində nəfəs çatışmazlığı hiss edirsiniz, amma tez bir zamanda nəfəsinizi bərpa edirsinizsə, bu, adətən narahatlıq üçün səbəb deyil. Bu tamamilə normaldır… əslində siz öz bədəninizi yuxarı qaldırırsınız.
Pilləkən çıxanda sanki çömbəlmə və ya irəli addım atma hərəkətləri edirsiniz. Buna görə bu, sadəcə yeriməkdən daha çox güc tələb edir. Tənginəfəslik dərəcəsi hər kəsdə eyni olmur: məsələn, pilləkəni qaçaraq və ya ağır çamadanla qalxanda daha çox tənginəfəslik olacaq, nəinki asta-asta qalxanda. Üstəlik bəzi insanlar bunu digərləri qədər güclü hiss etməyə bilər.
Polqirs belə deyib:
“Əgər siz peşəkar idmançısınızsa məsələn, mən şübhə edirəm ki, Keytlin Klark (amerikalı basketbolçu) pilləkən çıxanda tənginəfəs olur. Amma orta yaşlı adi insan üçün və təəssüf ki, xüsusilə ABŞ-da biz daha oturaq həyat tərzi sürürük. Buna görə də sadəcə bir mərtəbə pilləkən qalxanda tənginəfəs olmaq tamamilə normal ola bilər".
Tənginəfəslik nə vaxt təhlükəli ola bilər?
Əgər insan tənginəfəslik hissinin uzun müddət davam etdiyini görürsə, bu zaman həkimə müraciət etmək lazımdır. Polqirs həmçinin əlavə edib ki, əvvəllər belə bir problem yox idisə və təngnəfəslik yeni yaranıbsa, mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki bu, gizli bir problemin əlaməti ola bilər.
O bildirib:
“Əgər fiziki dözümlülükdə dəyişikliklər müşahidə olunursa, biz həkimlər xəstəni diqqətlə yoxlamalı və yanaşı xəstəlikləri istisna etməliyik ki, onun daha sağlam həyat sürməsinə kömək edək".
Qeyd olunur ki, aşağıdakı yanaşı xəstəliklər pilləkən qalxandan sonra yaranan təngnəfəslik hissini daha da ağırlaşdıra bilər:
ürək çatışmazlığı
piylənmə
xroniki ağciyər xəstəlikləri
siqaret çəkmək
xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)
hətta anemiya (qanazlığı)
Nəfəsin bərpa olunma müddəti də vacib göstəricidir
Erikson deyib:
“Nə qədər müddətə özünüzə gəlməyiniz də yaxşı bir göstəricidir".
Onun sözlərinə görə, pilləkən qalxdıqdan sonra 1-2 dəqiqə ərzində nəfəsin sürətlənməsi normaldır.
“Amma nəfəs 3 dəqiqədən çox və ya uzun müddət sürətli qalırsa, bu artıq narahatlıq yaradır”, - o izah edib.
Polqirs əlavə edib ki, tənginəfəsliklə yanaşı sinə ağrısı, baş ağrısı və ya görmədə dəyişiklik də hiss olunursa, bu, təhlükəli siqnaldır və mütləq həkimlə müzakirə edilməlidir.