Peyvənddən sonra hansı reaksiyalar baş verə bilər? - CAVAB
01 noyabr 2023 14:13 (UTC +04:00)

Peyvənddən sonra hansı reaksiyalar baş verə bilər? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu peyvəndlərlə bağlıdır.

Maraqlıdır, peyvənd olunduqdan sonra hansı reaksiyalar baş verə bilər?

Lent.az xəbər verir ki, bəzi uşaqlarda peyvəndləmədən sonra yüngül qızdırma, narahatlıq və peyvəndin vurulduğu nahiyədə qızartı, şişkinlik və yüngül ağrı müşahidə oluna bilər.

Belə reaksiyalar sizi narahat etməməlidir, çünki onlar normal hesab edilir və tez bir zamanda keçib gedir. Peyvənd vurulduqdan sonra ciddi yan təsirlər nadir hallarda baş verir. Əgər sizi narahat edən hər hansısa reaksiya olarsa, həkimə müraciət etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6327
avatar

Fidan İlqar

Oxşar yazılar