Pandemiya zamanında süfrənizdə olmalı 10 QİDA
10 aprel 2021 18:31 (UTC +04:00)

Pandemiya zamanında süfrənizdə olmalı 10 QİDA

Bütün dünya üzrə COVID-19 pandemiyasına qarşı mübarizə ilə məşğul olan tədqiqatçı alimlər, həkim – infeksionistlər, virusoloqlar, ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, normal yuxu rejimi, gigiyenik qaydalar koronavirusun müalicəsini tezləşdirən mühüm amillərdən biridir. Balanslı qidalanma və immunitet sistemini gücləndirən qidaların qəbul edilməsi ağciyər infeksiyalarının qarşısının alınmasında və ciyərlərin güclü olmasında əsas rol oynayır.

Lent.az Türkiyə mətbuatına istinadən ağciyəri gücləndirməyə kömək edən qidaların adını təqdim edir:

Banan
Bananın zəngin kalium tərkibi ağciyər sağlamlığı, funksiyası üçün çox vacibdir. Bir tədqiqat göstərir ki, xüsusilə uşaqlıqda yetərli qədər kalium qəbulu ağciyər funksiyasını və tutumunu artırmağa kömək edir. Buna görə də qəlyanaltılarda kalium mineralları ilə zəngin olan bananı qəbul etmək daha yaxşı təsir edir.

Pomidor
Pomidor ağciyərin sağlamlığı üçün faydalı olan karotinoidlər və likopinlə zəngindir. Tədqiqatlar göstərir ki, pomidor qəbul edən astma xəstələrində tənəffüs yollarının iltihabı azalır. Siqaret çəkənlər arasında aparılan bir araşdırmada pomidor daha çox yeyən şəxslərin ağciyər funksiyasında yaxşılaşma müşahidə edilib. Pomidoru zeytun yağı ilə yemək faydalıdır. Bu antioksidant likopinin təsirini artırır.

Sarımsaq
C vitamini, selenyum, kalium və kalsiumla zəngin sarımsağın əsas aktiv maddəsi olan allisin immun hüceyrələri gücləndirir. Antimikrob və antiviral təsiri sayəsində bakterial və viral infeksiyalara qarşı da qorunma təmin edir. Bunlarla yanaşı tərkibindəki əsas aktiv maddə olan allisin ağciyərlərin təmizlənməsinə kömək edir və ağciyər infeksiyasına səbəb olan bakteriya və virusları öldürməkdə böyük iş görür.


Zeytun yağı
Zeytun yağı, polifenolləri və E vitamini ilə antiinflamatuar antioksidanlar mənbəyi kimi tanınır. Pəhrizində daha çox zeytun yağı istifadə edən astma xəstələrinin ağciyər funksiyalarında yaxşılaşmalar müşahidə edilib. Doymamış yağ turşuları və E vitamininin bir forması olan tokoferol ağciyərin daha yaxşı işləməsinə kömək edir.

Qırmızı kələm
Lif, C vitamini və A vitamini ilə zəngin olan qırmızı kələmin tərkibində yüksək miqdarda kalium, az miqdarda dəmir, maqnezium, kalsium və fosfor var. Həm də antioksidan xüsusiyyətlərini göstərərək immunitet sistemini dəstəkləyən zəngin bir karotenoid və antosiyanin mənbəyidir. Qırmızı kələm yüksək miqdarda lif var. Tədqiqatlar göstərir ki, yüksək lif qəbul edən şəxslərin, az miqdarda lif qəbul edənlərə nisbətən ağciyər funksiyası daha yaxşıdır.

Qatıq
Qatıq zülal, kalsium, fosfor və B qrupu vitaminləri ilə zəngin bir qidadır. Araşdırmalar göstərir ki, qatığın tərkibi ağciyər funksiyasını yaxşılaşdırmağa kömək edə bilir. Bir araşdırmaya görə, daha yüksək kalsium və fosfor qəbulu ağciyərin funksiyasını yaxşılaşdırır.

Balqabaq
Balqabaq ağciyər sağlamlığını inkişaf etdirən alfa və beta karoten, lutein və zeaksantin kimi karotenoidlərlə zəngin bir qidadır. Balqabaq iltihab əleyhinə xüsusiyyətlərinin zərərli maddələri zərərsizləşdirdiyini və bədən hüceyrələrini zədələməsinin qarşısını alır. Balqabaq eyni zamanda lif, A vitamini, C vitamini, E vitamini, folat və dəmir tərkibi ilə immunitet sistemini dəstəkləyir. Daha yüksək qan karotenoid səviyyəsinin yaxşı ağciyər funksiyası ilə əlaqəli olduğunu göstərir.

Çuğundur
Çuğundur A və C vitaminləri, kalium və kalsium kimi minerallarla zəngindir. Rəngini verən betalain, yüksək səviyyədə antioksidan xüsusiyyətlərini göstərərək ağciyərin funksiyasını optimallaşdırır. Çuğundur eyni zamanda ağciyər funksiyasını yaxşılaşdıran nitratla zəngin bir qidadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3573
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar