Oturaq işin  fəsadlarını necə aradan qaldırmaq olar?
14 yanvar 2023 13:01 (UTC +04:00)

Oturaq işin fəsadlarını necə aradan qaldırmaq olar?

Oturaq həyat keçirən insanlar hər yarım saatda 5 dəqiqəlik gəzintiyə çıxmalıdır.

Lent.az xəbər verir ki, bu barədə məlumat “Medicine & Science in Sports & Exercise” jurnalında dərc olunub.

Daimi oturaraq işləmək, oxumaq və telefondan istifadə etmək insan orqanizminə mənfi təsir göstərir. Tədqiqatçıların dediyinə görə, bunları edərkən hər saatda bir 5 dəqiqəlik gəzintiyə çıxmaq insanların qan təzyiqi və şəkərinin normada saxlanılmasına şərait yaradır.

Məlumata görə, belə gəzintilər yorğunluğun əhəmiyyətli dərəcədə azalmasına və əhval-ruhiyyənin yüksəlməsinə də səbəb olur.

Alimlər hesab edirlər ki, hər gün qısa gəzintiyə çıxmaq ürək xəstəliyi və digər xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986
avatar

Sevinc Fərid

Oxşar yazılar