Yüngül soyuqdəymə və boğaz ağrısı üçün həkimlər rifahınızı yaxşılaşdıracaq və xoşagəlməz əlamətləri aradan qaldıracaq təbii vasitələrdən istifadə etməyi məsləhət görürlər.
Lent.az xarici mətbuata istinadla həmin vasitələri təqdim edir:
Evkalipt
Evkalipt efir yağı öskürəyi aradan qaldırmaq qabiliyyəti ilə tanınır. Bir çox soyuqdəymə dərmanının əsas komponentidir. Vəziyyətiniz pisləşdikdə təhlükəsiz istifadə edə bilərsiniz. Sadəcə olaraq bu efir yağından 12 damcı isti suya əlavə edin və qabın üzərinə əyilin. Sonra ətri içəridə saxlamaq üçün bir dəsmal ilə örtün. Buxarı ilə təxminən 10 dəqiqə nəfəs alın. Evkaliptin ətri burun keçidlərinizi təmizləməyə və öskürəyi azaltmağa kömək edəcək.
Burun yuyulması
Öskürəyinizi təmizləməkdə çətinlik çəkirsinizsə, postnazal damcı ola bilər. Quru hava selikli qışanın (mucusun) boğazınızın arxasına axmasına və davamlı öskürəyə səbəb ola bilər. Burnunuzu duzlu su ilə yaxalamağa çalışın və ya duzlu məhluldan istifadə edin. Bunu gündə iki dəfə etmək tövsiyə olunur.
Zefir kökü çayı
Bu çay quru və məhsuldar olmayan öskürəyə kömək edə bilər. Zefir kökü tez-tez bitki şərbətlərinə daxil edilir. Boğazda qoruyucu örtük əmələ gətirir, yuxarı tənəffüs yollarını yumşaldır. Bu çayı hazırlamaq üçün zefir kökünün üzərinə qaynar su tökün və bir çay qaşığı bal əlavə edin. Öskürəyin azalmağa başladığını hiss edəcəksiniz.