Orta əsr xəstəlikləri   geri dönür: Qadın cüzam xəstəliyinə tutuldu
15 iyun 2022 12:50 (UTC +04:00)

Orta əsr xəstəlikləri geri dönür: Qadın cüzam xəstəliyinə tutuldu

Yunanıstanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə cüzam xəstəliyinə yoluxma halı qeydə alınıb. 65 yaşlı xəstənin vəziyyəti yaxşıdır. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əlamətlərin vaxtında aşkar edilməsi üçün onun təmasları izlənilir.

Milli ictimai səhiyyə təşkilatı EODY bildirir ki, Yunanıstanda cüzam halları əvvəllər qeydə alınıb, baxmayaraq ki, xəstəlik məğlub edilmiş sayılır (Yunanıstanda sonuncu cüzam koloniyası 1955-ci ildə bağlanıb). Bu yaxınlarda xəstələnən bütün xəstələr sağalıblar.

Dünyada dab u xəstəlik məğlub edilmiş sayılır. Lakin buna baxmayaraq, hər il Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əsasən Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələrində 200 minə yaxın yeni cüzam hadisəsi qeydə alınır.

Hesablamalara görə, 2000-ci illərin əvvəllərindən bəri həkimlər 10 min nəfərdən birindən az yoluxma hadisəsi aşkar ediblər. Üstəlik, xəstəlik müasir dərmanlarla asanlıqla müalicə olunur. Əsas odur ki, əlamətlərin varlığı vaxtında aşkar edilsin.

Xəstəliyin başlanğıcından sonra uzun müddət əlamətlər görünməyə bilər. Mikobakteriyalar cüzam xəstəliyinə səbəb olur.

İnfeksiya hava damcıları ilə ötürülür. Periferik sinir sisteminə və tənəffüs sisteminin və gözlərin selikli qişalarına təsir göstərir. İnkubasiya dövrü bir ildən, orta hesabla 5-7 ilə qədər davam edə bilər. Xəstəlik infeksiyadan 30 il sonra da özünü göstərə bilər.

Cüzamlı bir insan xəstəliyin sinirlərə təsir etdiyi yerlərdə hissiyyatını itirir, dəridə ləkələr görünür. Cüzam ləkələri qaşınmır. Xəstə saçlarını və kirpiklərini itirə bilər.

Müalicə başladıqdan sonra xəstəlik praktiki olaraq qeyri-yoluxucu olur və xəstələr normal həyat sürməyə davam edə bilərlər. Cüzam antibakterial maddələrlə müalicə olunur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Oxşar yazılar