Ömrü 8 il necə uzatmaq olar?
04 mart 2023 16:07 (UTC +04:00)

Ömrü 8 il necə uzatmaq olar?

Yaxşı ürək-damar sistemi insan ömrünün 8 il uzanmasına səbəb olur. Britaniyalı həkimlər belə deyirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin 23 min yaşlı insan üzərində apardıqları analizlərə əsasən, sağlam həyat tərzi insan ömrünün 8 il uzanmasına səbəb olur. Onlar həmin insanların qan təzyiqini, çəkisini, bədənin kütlə indeksini, fiziki aktivlik səviyyəsini, qida alışqanlığını, zərərli vərdişlərdən asılılıq səviyyəsini öyrəniblər.

Məlum olub ki, sağlam həyat tərzi keçirən insanlar yaşıdlarından daha gümrah, gənc və fəaldırlar. Onların həyat keyfiyyəti daha yüksəkdir. Belə insanlar öz yaşıdlarından orta hesabla 8 il çox yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar