“Omicron” üçün XÜSUSİ PEYVƏND
26 yanvar 2022 09:08 (UTC +04:00)

“Omicron” üçün XÜSUSİ PEYVƏND

  Amerikanın dərman şirkəti “Pfizer” və Almaniyanın biyoteknoloji “BioNTech” firması birlikdə “Covid-19”un “Omicron” növü üçün xüsusi peyvənd sınaqlarına başladı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “BioNTech” və “Pfizer”in etdiyi birgə şərhdə yazılır: “18-55 yaş arası sağlam insanlarda “Omicron” xüsusi peyvənd nümunəsinin təhlükəsizliyi, vücuda uyğunlaşması və immunogenliyini qiymətləndirmək üçün klinik sınaq başlandı”.

Şərhdə fikirlərinə yer verilən “BioNTech” İdarə Heyətinin sədri (CEO) və qurucu ortağı, professor Uğur Şahinin sözlərinə görə, “Covid-19” peyvəndlərinin “Omicron” variantının səbəb olduğu ciddi xəstəliklərə qarşı güclü qoruma təminatı davam etdirilir. Bu iş “Covid-19”un o biri növlərində olduğu kimi, “Omicron” ştammına qarşı da qoruya bilən, ancaq daha uzunmüddətli qorumanı təmin edən peyvəndin inkişaf etdirilməsinə yönəlik elmi yanaşmamızın bir parçasıdır.

Şirkətimiz 2022-ci il üçün 4 milyard dozalıq “Covid-19” peyvəndi istehsalını planlayıb. “Omicron” variantına qarşı da bir peyvəndə ehtiyac duyulmasına baxmayaraq, bu istehsal rəqəmi dəyişilməz qalır.

Yeni peyvəndin sınaqları 1420 könüllü test qrupu ilə başladı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar