Niyə qadınlar kişilərdən  daha çox depressiyaya düşür?
09 oktyabr 2023 19:14 (UTC +04:00)

Niyə qadınlar kişilərdən daha çox depressiyaya düşür?

Mütəxəssislər kişilərdə və qadınlarda depressiyanın müxtəlif əlamətlərini, həmçinin antidepresanlara qarşı reaksiyaları araşdırıblar. Məlum olub ki, əsas depressiv pozğunluqlarda cinsiyyət fərqləri var. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər hər cins üçün beynin müxtəlif hissələrində yerləşən dəyişikliklər aşkar ediblər.

Laval Universitetinin alimləri araşdırma apararaq depressiyanın qadın və kişilərə niyə fərqli təsir etdiyini açıqlayıb. Onlar qadınlarda depressiya üçün potensial biomarker də müəyyən ediblər.

Məlum olub ki, qadın və kişilər depressiyadan fərqli şəkildə əziyyət çəkirlər. Bu xəstəlik qadınlarda iki dəfə çox olur. Mütəxəssislər qadınlarda xəstəliyib nəzərəçarpacaq dərəcədə fərqli simptomlarını tapıb və antidepresanlara reaksiya kişilərdəki kimi olmadığını bildiriblər. 

Nəticədə alimlər qadınların qanında depressiya əlaməti olan yüksək konsentrasiyada həll olunan P-selektinin daha çox olduğunu aşkar ediblər. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3198
avatar

Sevinc Fərid

Oxşar yazılar