Balıqçılıq narahatlıq, depressiya və intihar düşüncələri kimi ruhi xəstəliklər riskini azaltmağa kömək edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu alimlərin apardığı tədqiqatın nəticələri sübut edir.
Təcrübədə 1752 kişidən istirahət məqsədli balıqçılıqda iştirak və fiziki fəaliyyətin səviyyəsi ilə bağlı bir sıra suallar verilib. İştirakçılar psixiatrik pozğunluqlar, psixi sağlamlıq və rifah üzrə qiymətləndirilib.
Nəticələr göstərib ki, daha müntəzəm balıq tutanlar, hobbi ilə daha az məşğul olanlarla müqayisədə, psixi sağlamlıq problemlərindən demək olar ki, 17 faiz daha az şikayət edirlər. Və daha çox balıq tutanlar psixi sağlamlıqlarına daha çox müsbət təsir göstəriblər.
Ümumilikdə, istirahət məqsədilə tez-tez balıq ovlamaq, psixi sağlamlıq problemi olan insanlarda fiziki fəaliyyət səviyyəsini artırıb.