Naringinin  bu insanlar üçün təhlükəsi   barədə XƏBƏRDARLIQ
24 yanvar 2023 07:44 (UTC +04:00)

Naringinin bu insanlar üçün təhlükəsi barədə XƏBƏRDARLIQ

Ən yüksək kateqoriyalı həkim Sergey Dlin şəkərli diabet, xora və bəzi digər xəstəlikləri olan insanları naringi yeməkdən çəkinməyə çağırıb, çünki bu meyvələr onların sağlamlığına mənfi təsir göstərə bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, həkimin sözlərinə görə, naringi mədə-bağırsaq traktında problem olan insanlar üçün təhlükəlidir.

“Naringi turşuluğu çox artırır, bağırsaqların və mədənin selikli qişasını qıcıqlandırır, buna görə də mədə və ya onikibarmaq bağırsağın xorası, qastrit və ya öd kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar qətiliklə naringidən istifadə etməməlidirlər”, - Dlin vurğulayıb.

Naringi yeməmələri məsləhət görülən olan insanların digər kateqoriyası diabet xəstələridir. Həkim xəbərdarlıq edib ki, sitrus meyvələri qanda şəkərin səviyyəsini artırır, ona görə də şəkərli diabet zamanı onları yalnız müstəsna hallarda və həftədə iki-üç ədəddən çox olmayan miqdarda yemək olar.

Həmçinin, naringi böyrək xəstəliyi olan insanlar üçün diqqətlə istifadə edilə bilər. Bu meyvələrdə böyrək daşlarının hərəkətini təhrik edən çox miqdarda turşu var və həkim nəzarəti olmadan belə hallara yol verməmək daha yaxşıdır. Bundan əlavə, allergiya xəstələri, həmçinin hamilə və laktasiya edən qadınlar üçün naringilərdən imtina etmək daha yaxşıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Oxşar yazılar