Modul xəstəxanalarla bağlı YENİ XƏBƏR
20 dekabr 2022 13:14 (UTC +04:00)

Modul xəstəxanalarla bağlı YENİ XƏBƏR

Azərbaycanda Covid-19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək. 

Lent.az-ın məlumatına görə, bu barədəTƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, TƏBİB bununla bağlı layihə hazırlayıb:

"Virus ölkədə yayılanda cənab prezidentin tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar inşa olundu. Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım qeydə aldıq. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır.

V.Qurbanov modul xəstəxanaların təyinatı dəyişdiriləcəyini açıqlayıb:

"Həmin müəssisələr digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu addım səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Fidan İlqar

Oxşar yazılar