Başağrısı insanların ən çox şikayət etdiyi ağrılardandı. Bu qism insanların nisbəti cəmiyyətdə yüzdə 90-a çatır. Başağrısının yüzdə 90-ı miqren və gərginlikdən yaranır. Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, miqrenlə mübarizədə 4 üsul yardımçı ola bilər:
Bitki çayı
Başağrısı üçün ən təsirli reseptlərdən biri düzgün toplanan bitki çayının istifadə edilməsidir. Çayda nanə, ivan çayı, limon balzamı, "ana və ögey ana" kimi sakitləşdirici otlar olmalıdır. Apteklərdə qan təzyiqini tez bir zamanda normallaşdıra biləcək effektiv ot tərkibli çaylar satırlır. Bu çaylar, həmçinin, psixikaya da sakitləşdirici təsir edir, habelə bədəni təmizləyir. Demək olar ki, istənilən bitki tərkibli otlar kifayət qədər effektiv şəkildə başağrısını azaltmağa qadirdir. 2 fincan bitki dəmləməsi bal və limon ilə qəbul edilsə, qisa müddət ərzində baş ağrılarınızın itməsinin və uzun müddətli profilaktik olaraq orqanizminizdə ağrının olmamasının şahidi olacaqsınız.
Masaj
Baş masajına 15-20 dəqiqə sərf etməklə tamamilə ağrıların çəkilməsini hiss edəcəksiniz. 3-5 dəqiqə yüngül tempdə ağrılı bölgəni masaj edin, hərəkərlətin intensivliyini və təzyiq gücünü yavaş-yavaş artırın, 2-3 dəqiqə bu şəkildə masajı davam edin, sonra yavaş-yavaş əl sürətini və gücünü azaldın, əlavə 4-5 dəqiqə masaj edin. Profilaktik uzunmüddətli təsir üçün, masajda yağ istifadə etmək məsləhətdir.
Yağlar
Yağ kompresləri dərhal başağrısını götürür. Sinir uçlarında hərəkət etdikləri üçün, bitki mənşəli təsirə bənzəyir. Yağ dərhal baş ağrısını rahatlaşdırır. Efir yağı tərkibli yağlar isə qıcıqlanmanı və soyuqlamanı götürür.
Yovşan
Əla mikrostimulyator olub insan orqanizminə müxtəlif ağrıkəsici təsir göstərə malikdir, qan dövranını və damarları genişləndirir, təzyiq və ürək ritmini normallaşdırır. Gicgah və alın nahiyəsinə aid, habelə baş ağrılarının aradan qaldırılması üçün səmərəli və tez, ağrı mərkəzinə birbaşa təsir göstərir. Yeməkdən əvvəl 1 xörək qaşığı yovşan suyu içmək tövsiyə olunur ki, başağrını aradan götürsün.