Meymunçiçəyinə yoluxdu:  Pnevmoniyadan öldü
21 sentyabr 2022 22:55 (UTC +04:00)

Meymunçiçəyinə yoluxdu: Pnevmoniyadan öldü

Meymun çiçəyinə yoluxmuş çexiyalı xəstə İİV infeksiyası səbəbiylə həftələrlə xəstəxanada qaldıqdan sonra vəfat edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun başqa xəstəlikləri də olub, o cümlədən pnevmoniya. Onun İngiltərədə meymunçiçəyinə yoluxduğu güman edilir.

Çexiya Səhiyyə Nazirliyinin sözçüsü Ondrjey Yakob xəstənin ölümü ilə bağlı məlumatı təsdiqləyərək, ölümün meymunçiçəyi xəstəliyindən deyil, pnevmoniyadan olduğunu qeyd edib.

Belçika və İspaniyadan sonra Çexiya meymunçiçəyi ölümlərinin qeydə alındığı üçüncü Avropa ölkəsidir. Ötən həftə Çexiyada 66 hadisə qeydə alınıb, onlardan 42-si Praqadadır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar