“Məsum yalan” deyib keçməyin, “gopçuluq” beyin xəstəliyindən xəbər verirmiş
04 mart 2023 18:15 (UTC +04:00)

“Məsum yalan” deyib keçməyin, “gopçuluq” beyin xəstəliyindən xəbər verirmiş

Yalan söyləmək xəstəliyinin olduğunu eşitmisiniz?  Heç dəmə, “gopçuluq” xəstəlik imiş.

Lent.az-ın xəbərinə görə, mitomani adlanan bu xəstəlik insanlar özlərini önəmli hiss etmədiklərində, diqqət çəkmək istədiklərində üzə çıxır. Mitomanlar, yəni patoloji yalançılar olmayan hadisələri ustalıqla danışar və qarşısındakı insanı inandırmağı bacarırlar.

Xəyal güclərindən uydurduqlarını gerçək sanırlar. Başqa sözlə, öz yalanlarına özləri də inanırlar. Yalan demək üçün hansısa səbəbləri olmasa belə, yalan deməyə ehtiyac duyarlar. Mitomani xəstəliyi 15-16 yaşlarda başlayar. Müalicə edilmədiyində ciddi problemlər yaşana bilər. Cəmiyyətdə müəyyən nüfuzu olanlar arasından da peşəkar yalançılar çıxır.

Yalan danışmaq patologiyasının açıq elmi izahı yoxdur. Həkimlərin fikrinə görə, şəxsiyyət pozğunluqları, beynin xüsusiyyətləri (prefrontal korteksin üç hissəsində ağ maddə daha çox olur), tərbiyə forması, narkotik və alkoqol aludəçiliyi, depressiya, narahatlıq və ya obsesiv-kompulsiv pozğunluq yalançılığa səbəb ola bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar