Maska taxarkən eynəyin tərləməməsi üçün bunları edin
07 yanvar 2021 11:52 (UTC +04:00)

Maska taxarkən eynəyin tərləməməsi üçün bunları edin

Koronavirusdan qorunmaq üçün həkimlər ilk olaraq maskadan istifadə etməyi məsləhət görürlər. Daim gözlükdən istifadə edənlər üçün maska müəyyən çətinliklər yaradır. Belə ki, eynəklərin şüşəsinin tərləməsi görmə prossesinə təsir edir.

Lent.az bu problemin qarşısını almaq üçün bəzi məsləhətləri təqdim edir:

İlk olaraq maskanın burun hissəyə bərkitmək, həmin hisənin tam sıx olması üçün yara bandını hər iki tərəfdən yapışdıraraq eynəklərin buxarlanmasının qarşısını almaq olar.

Eynək şüşəsinin tərləməməsi üçün müəyyən spreylərdən istifadə etmək olar.

Gözlükləri gündə iki dəfə maye sabunla yuduqdan sonra silmədən, qurumasını gözləmək lazımdı.

Diş məcunu ilə eynəyin şüşəsini sildikdən sonra təmiz yuyub, qurulayın. Bu zaman gözlüyünüz buxarlanmayacaq.

Maskanızın içərisinə kağız salfet yerləşdirərək nəfəsdəki nəmin səviyyəsini azaldıb, buxarlanmanın qarşısını almaq olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4299
avatar

Nigar Adil

Oxşar yazılar