Limonlu su arıqlamağa  kömək edir?  – Dietoloqların fikri
11 iyun 2024 17:17 (UTC +04:00)

Limonlu su arıqlamağa kömək edir? – Dietoloqların fikri

Limonlu suyun çox mübahisəli "reputasiyası" var. Bəziləri hesab edir ki, bu içki onların gözəlliyinin, gəncliyinin, sağlamlığının və incəliyinin sirridir. Bəziləri isə belə bir içkinin faydasız olduğuna inanırlar. Onların fikrincə, az miqdarda limon heç bir nəzərə çarpan təsir göstərə bilməz.

Bəs, bu fikirlərdən hansı doğrudur? 

Lent.az xəbər verir ki, limonlu suyun şübhəsiz faydaları var. Limonun konsentrasiyasının həqiqətən aşağı olmasına baxmayaraq, suya qarışdıqda mövcudluğunu itirmir. 

Buna görə də, limonlu su maddələr mübadiləsinə əla təsir göstərir, incəliyə nail olmağı və ya arıqlamaq prosesini sürətləndirməyi çox asanlaşdırır.

Həmçinin limonlu su ümumiyyətlə orqanizmə təmizləyici təsir göstərir və hətta immunitet sistemini gücləndirir.

Ancaq əks göstərişlər də var. Məsələn, mədə-bağırsaq traktının xəstəlikləri diaqnozu qoyulmuş insanlar bu içkini içməməlidirlər. Dişlərinizin vəziyyətinə mümkün mənfi təsirləri də unutmamaq lazımdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4146
avatar

Sevinc Fərid

Oxşar yazılar