Rusiya Mərkəzi Epidemioloji Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov
01 avqust 2021 08:24 (UTC +04:00)

Rusiya Mərkəzi Epidemioloji Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov

“Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq” - MÜTƏXƏSSİS

“Koronavirusun “delta” variantının səbəb olduğu xəstəliyin inkubasiya müddəti daha qısadır.
“Delta”ya yoluxduqda COVID-19-un gedişi daha da ağırlaşır”. 

APA xəbər verir ki, bunu Rusiya Mərkəzi Epidemioloji Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov deyib. 

Mütəxəssis təəssüf hissilə bildirib ki, xəstəliyin gedişatının daha ağır olduğu görünür: “Belə xəstələrin müalicəsi, əlbəttə ki, həm daha mürəkkəb, həm də uzun çəkir. Beləliklə, ümumi statistika və xəstəliyin daha uzun sürdüyü məntiqi nəticəyə gəlinir”.

Qorelov virusun yoluxma qabiliyyətinin artması səbəbindən xəstəliyin inkubasiya müddətinin qısaldığını da izah edib: "Xəstəliyin yoluxma səviyyəsi 2-2,5 dəfə artıb. Əvvəllər 1-2 idi, indi isə 5-6-ya çatır. Yəni 1 nəfər qısa müddətdə 5-6 nəfəri yoluxdura bilir. Buna görə də təkrar-təkrar deyirəm, yalnız əhalinin kütləvi peyvənd edilməsi nəinki infeksiya zəncirini kəsməyimizə kömək edəcək, həm də yeni, daha təhlükəli infeksiya variantlarının ortaya çıxmasının qarşısını alacaq”. 

Xatırladaq ki, koronavirusun "delta" versiyası ilk dəfə ötən ilin oktyabr ayında Hindistanda aşkar edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Oxşar yazılar